a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Əməliyyatsız estetika

Hər bir insanda yaşlanma ilə bağlı üz dərisində qırışlar yaranır, üz dərisi sallanır, dərinin rəngi dəyişir,
dəridə ləkələr və törəmələr əmələ gəlir. Yaşlanmanın səbəbi genetik faktor, yerin cazibə qüvvəsi, aktiv
üz hərəkətləri, günəş şüaları və zərərli adətlərdir. Yaşlanmaya bağlı üz dərisində yaranan qırışın
əmələ gəlmə səbəbi üz hərəkətlərinə bağlı olduğu zaman o botoksla müalicə edilə bilər. Mimik qırışları
azaltmaq və ya yox etmək məqsədi ilə, istifadə olunan ən güvənli və ucuz metod botoksdur.
Əvvəllər oftalmoloqların istifadə etdiyi ən az bilinən dərman olan botoks günümüzdə gənc görünmək
uğrunda ən çox tərcih edilən müdaxilədir. İdeal kosmetik müdaxilənin məqsədi xəstədə yan təsir
yaratmadan mükəmməl nəticəyə nail olmaqdır. Botoks bu göstəricilərə görə ideal kosmetik
prosedurdur.

Botoks proseduru dedikdə Botulinum A toksin inyeksiyası nəzərdə tutulur. Clostridia növü
bakteriyaları tərəfindən istehsal olunan ən güclü neyrotoksindir. Bakteriya torpağın altında yaşayır, onu
ordan alıb oksigensiz nəm şəraitə qoyduqda o, neyrotoksini istehsal edir. Əzələ içərisinə vurulduqda
miorelaksant təsirə malikdir. Miorelaksant təsiri sinir əzələ bağlantısı səviyyəsində presinaptik sinir
bloku yaratması ilə əlaqədardır. Toksinin presinaptik sinir uclarına təsirini nəzərə alaraq onu əzələlərə,
xüsusilə də əzələlərdə bu sinir uclarının yerləşdiyi yerlərə vurmaq lazımdır. Bu maddə sinirdən əzələyə
gələn elektrik axınını blokada edərək, vurulan bölgədəki əzələlərin funksiyasını keçici olaraq azaldır və
ya yox edir. Əzələ funksiyasını itirib yığılmadıqca, üzərindəki dəridə yaranan qırışlarıda azaldır və ya
yox edir.

Botoks xüsusilə alında yaranan horizontal qırışları, qaş çatma zamanı yaranan vertikal qırışları, göz
kənarında yaranan qaz ayağı qırışlarını azaltmaq və ya yox etmək və qaşları qaldırmaq məqsədi ilə
istifadə olunur.
Alın nahiyəsində qaşı qaldırdığımız zaman yaranan horizontal qırışları düzləşdirmək üçün istifadə
olunur. Alın qırışlarının müalicəsində ən yaxşı vasitə botoksdur, çünki bu qırışların yaranmasının əsas
səbəbi dərinin altındakı əzələlərin hərəkətidir. Botoks bu əzələlərin sinirdən impuls almasını
əngəlləyərək hərəkətini azaldır. Bu da qırışları ortadan qaldırır.
Qaşı çatmaq hislərimizi ifadə edir, insana gərgin və stresli görkəm verir. Biz qaşı aşağı çəkərək qaş
arasında vertikal qırış yaradırıq və qaşı yuxarı qaldıraraq qaş üstü çuxur əmələ gətiririk. Qaş arası
vertikal qırış və qaş üstü çuxur tamamilə “Corrugator” və “Proserus” əzələlərinin hərəkəti nəticəsində
olduğu üçün gənc və orta yaşlı pasientlərdə tam müalicə olunur.
Göz çevrəsi dərisi çox incədir və erkən qırışmağa başlayır. Gülərkən alt göz qapaqlarından üst
yanağa qədər yelpik şəklində qırışlar uzanır ki, buna qaz ayağı qırışları deyilir. Bu qırışlar gözün
dairəvi əzələsinin bayır kənarının yığılması nəticəsində əmələ gəlir. Bu əzələnin bayır kənarına botoks
vurmaqla gənc və orta yaşlı pasientlərdə bu qırışı tamamilə itiririk.
Botoks qaşları güvənlə və rahatlıqla 5 mm-ə qədər qaldırır. Qaş qaldırmada botoks ən sıx müraciət
edilən vasitədir.

Botoks vurulması bahalıdırmı ?
Botoks vurulması estetik əməliyyat ilə müqayisədə çox ucuzdur.
Botoks nece vurulur?
Otaq şəraitində vurulur. Vurulması 10 dəqiqə çəkir. Vurduqdan sonra ev istirahətinə ehtiyac yoxdur.
Xəstəni gündəlik işlərindən uzaq salmır.
Botoks vurulması ağrılıdırmı?
Xəstənin hiss etdiyi iynənin dəriyə keçərkən verdiyi ağrıdır. Ağrını azaltmaq məqsədi ilə son dərəcədə
incə iynələr istifadə olunur və vurulmadan öncə yerli anestetik krem çəkilir.
Botoks kimlərə vurulmamalıdır?
Hamilələrə, süd verən analara, botoksa qarşı allergiyası olanlara, iynə vurulacaq yerdə iltihabi
olanlara, sinir əzələ ötürücülüyü pozulan xəstələrə.
Botoksun yan təsiri varmı?

Botoks həkim tərəfindən vurulmalıdır, əks təqdirdə həm təsiri tam olmaya bilər, həm də keçici göz
qapağı düşüklüyü kimi problemlər ortaya çıxa bilər.
Botoksun təsiri nə qədər davam edir ?
Botoks vurulduğu anda təsir etmir. Təsiri 3 gün sonra başlayır, 2 həftəyə tam oturur. Klinik olaraq
botoksun təsiri 3-6 ay arasında gözlə görülməkdədir. Bütün klinik geriləmə 6 ay çəkir. 2 il içərisində
sistemli botoks vurduranlarda təsirində uzanma görünür.
Qeyd: İldə iki dəfə botoks vurdurmaqla qırışlarımızın əmələ gəlməsinin qarşısını ala bilərik.
Artıq tərləmədən qurtulmanın yolları

Tərləmə bədən hərarətinin tənzimlənməsində vacib rol oynayan fizioloji prosesdir. Havanın
temperaturu qalxdıqda, xəstəliklər və ya fiziki aktivlik zamanı bədənin temperaturu artdığından
tərləyərək istilik itiririk. Bədənin özünü soyutmaq məqsədi ilə gün ərzində 4-5 dəfə tərləməsi
normaldır. Bu zaman tərləmə bütün bədən səthindən olmaqla bərabər daha çox bel və sinə kimi geniş
səthlərdən olur. Cinsi inkişaf dövründə fərqli tip tər vəziləri qoltuq altında və qasıq nahiyəsində
fəaliyyətə başlayır. Bu bölgələrdə daha kəskin qoxulu və artıq miqdarda tərləmə olur.
Bu bölgədəki tərləmənin məqsədi bədən hərarətinin tənzimlənməsindən çox, feromon deyilən iyli
molekulları yaymaqdır. Heyvanlarda xüsusilə cütləşmə dövründə daha çox ifraz olunan feromonlar əks
cinsi cəlb edirlər. Ancaq insanlar arasındakı münasibətlərdə bu qoxular xoş sayılmır və əksinə
insanları uzaqlaşdırır. Xüsusilə də, stres və fiziki aktivlik ilə artan tərləmə və onun yol açdığı
qoxulardan qurtulmaq üçün tez-tez yuyunmaq və tər əleyhinə vasitələrdən, ətirlərdən istifadə etmək
lazımdır.
Artıq tərləmə və ya tibbi dildə hiperhidroz insanın bədən hərarətini saxlamaq üçün lazım olandan
artıq tərləməsidir. İsti havalarda artır, soyuq havalarda azalır. Bütün bədəndən olmaqla yanaşı daha
çox qoltuq altlarında, ovuc içlərində və ayaq altında olur. İnsan həyacanlandıqda və ya stres altında
olarkən tərləmə artır. Hiperhidroz insan üçün olduqca rahatsız edicidir. Tərləyən insan bu vəziyyətdən
rahatsız olduğunda, daima tərləyəcəyini düşünərək, bu narahatlıq altında daha çox tərləyir. Qoltuq
altlarında olduqda pis qoxulu tərləmə paltarların islanmasına və ləkələnməsinə səbəb olur. Əlləri
tərləyən insanlar üçün salamlaşmaq böyük problemdir. Salamlaşmaqdan əvvəl əlinin tərini silmə
ehtiyacı hiss edir. Ayaq tərləmələri həm sağlamlıqda problemlər yaradır, həm də pis qoxuya səbəb
olur. Hiperhidroz insanda psixoloji və sosial problemlər, peşəsində və gündəlik həyatında çətinliklər
yaradır.

Artıq tərləmə zamanı həm tər vəzilərində, həm də bu vəziləri innervasiya edən sinirlərdə bir problem
olduğu düşünülür. Hiperhidrozun müalicəsində ilk əvvəl bu problemə yol açan sistem bir xəstəliyin
olub-olmadığı araşdırılmalıdır. Müxtəlif hormonal pozğunluqlar, xüsusilə qalxanabənzər vəzin
xəstəlikləri tərləməyi artırır. Eyni zamanda psixi xəstəliklər, menopauza, obezite (köklük), şəkərli
diabet, böyrəküstü vəz xəstəlikləridə özünü artıq tərləmə ilə görsədir. Tərləməyi azaldan bəzi yerli və
sistem dərmanlar var, amma bunların həm təsiri qısadır, həm də yan təsirləri mövcuddur. Eyni
zamanda iyontoforez deyilən müalicə növü var. Kiçik bir su vannasında xəstənin əl və ayaqlarına az
dozada elektrik axınının verilməsidir. Birinci dəfədən fayda görülmür, bir neçə dəfə təkrarlamaq
lazımdır və həftədə ən azı 2 dəfə olunmalıdır. Təsiri qısa müddətlidir. Artıq tərləməyi azaltmaq
məqsədi ilə cərrahi əməliyyatlar da mövcuddur. Bu yolla qola və qoltuq altına gedən simpatik sinirlər
kəsilir. Əməliyyat həm açıq, həm endoskopik yolla aparılır. Tərləməni xeyli azaltmağına baxmayaraq,
yan təsirləri çoxdur. Bir başqa əməliyyat növü isə qoltuq altındakı dərinin tər vəziləri ilə bilikdə
çıxardılmasıdır. Əməliyyatdan sonra yara izi buraxdığı üçün çox istifadə olunmur.
Artıq tərləmələrin müalicəsində istifadə olunan ən yeni metod Botoksdur. Qoltuq altına, ovuc içinə
və ayaq altına botoks iynələri vurulmaqla 9 ay ərzində tərləmənin qarşısı alınır. Asan həyata
keçirilməsi və yan təsirlərinin çox olmaması botoksu tərləmənin müalicəsində ən çox istifadə olunan
müalicə növünə çevirmişdir.
Botoks müalicəsi necə həyata keçirilir ?
Botoks otaq şəraitində vurulur və vurulması təxminən 20 dəqiqə çəkir. İynə vurulacaq nahiyyə yerli
anestetik krem ilə ağrısızlaşdırılır. Botoks son dərəcədə incə iynələrlə vurulur. Ən çox qoltuq altına, əl
və ayaq altına vurulur. Bel və sinə kimi geniş sahələrə vurulmur. Vurulandan dərhal sonra xəstə
gündəlik həyatına geri dönə bilər. Ev istirahətinə ehtiyac yoxdur.

Botoksun təsiri nə qədər davam edir ?
Botoksun tər vəziləri üzərindəki təsiri, mimik əzələlərə görə daha uzun çəkir. Təsiri 9 aya qədər qalır.
Çox insanlar üçün ildə bir dəfə yay qabağı Botoksun vurulması kifayət edir. Amma tərləməsi çox olan
insanlar bu proseduranı ildə 2 dəfə etməlidirlər.
Botoksun vurulması ağrılıdırmı?
Xəstənin hiss etdiyi sadəcə iynənin dəriyə keçərkən verdiyi ağrıdır. Son dərəcədə incə iynələr istifadə
olunduğu üçün ağrı hissi minimumdur. Botoks vurulmadan əvvəl həmin nahiyyəyə yerli anestetik krem
çəkilir.
Depo mezoliftinqi
Üz mezoterapiyası (mezoliftinq) dərini yeniləyən, qırışıqlıq və sallanmalarda təsirli olan təbii və faydalı
bir üsuldur. Bu üsulda maddələr dərinin altına kiçik iynələrlə tətbiq olunur. Bu faydalı maddələrin
bilavasitə dəriyə verilməsi və dərinin oyandırılması kollogen və elastiki liflərin sintezini artırır, dəridə
nəmlənmə artır və dəri yenilənir. Kiçik miqdarda yerli tətbiq olunduğu üçün dəri qisa zamanda təsirli
maddələrdən faydalana bilir. Əlavə təsirlərin olması ehtimalı azdır. Mezoliftinqin tətbiq sahələri:
– Solğun və parlaqlığını itirmiş dəri
– Dəri elastikliyinin itirilməsi və sallanma
– Dərinin yaşlanmasının qarşısını almaq
– Üzün yorğun görünməsini aradan qaldırmaq
– Siqarət çəkənlərdə dəri zədələnməsini əngəlləmək və müalicə etmək
– Yay aylarında günəş şüalarının zərərlərinə qarşı profilaktika
– Günəş şüalarından zərər görmüş dərini bərpa etmək
– Ləkələrə qarşı digər müalicə üsulları ilə bərabər
– Sızanaq izi, yara və yanıq izi müalıcəsi ilə bərabər
Üz mezoterapiyasında tətbiq olunan əsas maddələr:
– Hialuron turşusu
– Mis – Dimetilaminetanol
– Lidokain
– Maqnezium
– Selen
– Vitamin A
– Vitamin B1, B2, B3, B5, B6
– Vitamin C
– Amin turşular
– Nuklein turşuları
– Glutation
Mezoterapiyadan qabaq üz təmizlənir və dezinfeksiya edilir. Prosedurdan yarım saat əvvəl keyidici
krem çəkilə bilər. Preparat incə iynələrlə dəriyə yeridilir. Mezoliftinqdən sonra dəri yenilənmiş görünür,
elastikliyi artır və sallanması azalır. Seanslar başlanğıcda 1-4 həftəlik fasilələrlə tətbiq olunur.
Ortalama 4-6 ay sonrası 3-6 ayda bir təkrarlana bilər. Nəticə 2ci seansdan sonra görünməyə başlayır.
Müalicə bitdikdən sonra dəri yenilənməyə davam edir.
Əks göstərişlər:

– Hamiləlik
– Süd vermə
– Dəridə aktiv infeksiya
– Tətbiq olunan maddələrə qarşı allergiya
Bundan əlavə həddən artıq sallanmış dəridə, dərin izlər və ləkələrdə ilk və tək müalicə üsulu kimi
tətbiq oluna bilməz. Digər müalicə üsulları ilə birgə istifadə olunması daha düzgündür. Mezoliftinqdə
fəsadlar olmur. Prosedurdan bir gün sonra kiçik göyərmələr ola bilər, bu makyajla örtülə bilir. Nadirən
allergiya və ya infeksiya ola bilər ki bu hallar da asanlıqla müalicə olunacaqdır.
Dolqu inyeksiyası
Yaş artdıqca dəridəki elastik, kollogen liflər, yağ təbəqəsi və hialuron turşusunun azalması nəticəsində
qırış və sallanmalar əmələ gəlir. Bu dəyişikliklər xüsusən göz, ağız, çənə, boyun, burun, alın bölgələri
və üzün alt nahiyələrində daha çox nəzərə çarpır. Müxtəlif dolqu maddələrinin dəri altına inyeksiya
edildiyi dolqu inyeksiyası proseduru ilə bu dəyişikliklərin yüngülləşdirilməsi, üzdəki yorğun ifadənin
aradan qaldırılması və daha gənc bir görünüş əldə edilməsi hədəflənir. Dolqu inyeksiyası hansı
məqsədlərlə tətbiq edilir?
– Dəridəki incə və dərin qırışların ləğv edilməsi (alın cizgiləri, qaş arasındakı cizgilər, ağız ətrafındakı
qırışlar, burun qanadlarından dodağın künclərinə qədər enən qırışıqlıq, ağız kənarından çənəyə
uzanan qırışlar)
– Yara izlərinin müalicə edilməsi
– Dəridəki çuxurların yox edilməsi
– Dodaq estetikası (incə dodaqların qalınlaşdırılması, dodaq şəklinin vurğulanması və həcminin
artırılması, asimmetrik dodaqların düzəldilməsi)
– Yanaqlara dolğunluq verilməsi və almacıq sümüyünün vurğulanması
Üz dolğusu proseduru necə tətbiq edilir?
-İncə bir iynə ilə dolqu maddəsi düzəldiləcək nahiyəyə inyeksiya edilir, qırışların altı doldurulur. Bu
prosedurda anesteziyaya ehtiyac yoxdur, ancaq hessas insanlarda yerli keyitmə aparıla bilər. 10-20
dəqiqə cəkən prosedurun sonunda nəticə özünü göstərir. Prosedurdan sonra həddən artıq isti
(günəşlənmə, solyari və s.) və soyuqdan bir neçə gün uzaq durmağa diqqət edilməlidir. Tətbiq
nahiyəsində şişkinlik, qızartı, göyərmə və həssaslıqola bilər. Bu əlavə təsirlər çox az hallarda ortaya
çıxır və sürətlə keçib gedir.
Dolqu maddələrinin növləri hansılardır?
-“Sintetik dolqu” və insanın öz toxumasının istifadə olunduğu “Avtogen dolqu” olmaqla 2 dolqu tipi
vardır.
1. Sintetik dolqu: En çox istifadə olunan sintetik dolqu materialı “Hialuron turşusudur”. Bu maddənin
bədəndə qalma müddəti 6ay-1.5ildir. Orqanizmdə təbii halda epitelial, birləşdirici və sinir toxumasında
mövcuddur. Bundan başqa yüksək miqdarda yumşaq toxumalarda və gözün şüşəyəbənzər cismində
olması onun tam təhlükəsizliyini ifadə edir. Steril qablaşdırmada olan bu preparat əməliyyata ehtiyac
olmadan sarğı otağında tətbiq oluna bilir. Hialuron turşusunun suyu birləşdirmə xassəsi nəticəsində
dolqunun davamlılıq müddəti artır.
2. Avtogen dolqu orqanizmin ozundən alınan yağ toxumasıdır. Liposaksiya əməliyyatı ilə alınan yağ
toxuması xüsusi işləmdən keçirilir və lazim olan nayiyeye doldurulur. Bunlardan başqa qeyri tibbi
şəraitlərdə daimi qalıcı dolqu kimi tətbiq olunan süni maddələr vardır. Bu materiallar tətbiq olunduğu
nahiyyənin ətrafina doğru yayılması, düyünlər əmələ gətirməsi, əvvəlkindən daha pis və asimmetrik
görünüş yaratması kimi fəsadlar törətdiyi üçün istifadəsi məsləhət görülmür. Yaratdığı fəsadlar
əməliyyatla 60-70% aradan qaldırıla bilir, materialın orqanizmdən tam kənarlaşdırılması mümkün
deyildir.
Saç mezoterapiyası

Mezoterapiya dərinin orta təbəqələrinə tətbiq olunan bir müalicə üsuludur. Saç mezoterapiyası saçın
ehtiyac duyduğu vitamin, mineral və proteinlərin saçlı dəri içinə çox incə iynələrlə inyeksiya
edilməsidir. Saç mezoterapiyası tük köklərini bəsləyən vitaminlərin, antioksidantların və qan dolaşımını
artıran dərmanların özəl iynələr vasitesiylə tük köklərinə verilməsinə əsaslanır. Mezoterapiya yararlı
maddələri bilavasitə əlaqədar toxumaların ətrafına verən bir tibbi prosedurdur. Nəticələr ürəkaçan və
qalıcıdır. Kiçik dozalarla dəri içinə inyeksiyalar edilir. Dermis qatına tətbiq olunan bu inyeksiya hüceyrə
metobolizmini aktivləşdirir və toxumaları canlandırmaq üçün baza yaradır. Mövcud saçlar daha sağlam
görünüş əldə edir. Seans 2 həftədən bir təkrarlanır. 6-10 seansdan sonra tökülmə tam dayanmış olur.

Saç mezoterapiyası həm qadına həm kişiyə tətbiq oluna bilər. Mezoterapiyadan fayda görən saç
tökülmələri: stresə bağlı, fəsillə əlaqəli, metobolik və hamiləlik sonrası ani saç tökülmələri olaraq
sıralanana bilər. Xüsusən tük kökündə kiçilmə görülən, tükün əmələ gəlmə və böyümə dövründə
qısalmasının müşahidə edildiyi “androgenik alopesiyada (kişi tipli saç tökülməsi)” tətbiq olunması
faydalıdır. Hormonal və genetik saç tökülmələrində yardımçı müalicə kimi seçilə bilər. Bilavasitə yerli
tətbiq olunduğu üçün fəsad riski olduqca azdır, təsiri isə qısa müddətə özünü göstərir. Saç
mezoterapiyasını özəl bir baş masajıyla bərabər etmək lazımdır. Mezoterapiyadan sonra saçları
yumaq, islatmaq, hər hansı bir dərman sürtmək olmaz.

No Comments

Sorry, the comment form is closed at this time.