a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Asılılıq

Narkomaniya xəstəliyinin müalicəsinin tam kursu dörd mərhələdən ibarətdir. Bunlardan birinci iki mərhələ spesifik tibbi xarakter daşıyır, sonrakı iki mərhələdə isə daha çox tərbiyəvi tədbirlər üstünlük təşkil edir.

 

Birinci mərhələ – qəbul olunmuş narkotik maddənin parçalanması nəticəsində yaranan zərərli maddələrinin orqanizmdən xaric olunması (detoksikasiya). Detoksikasiya aşağıdakı tədbirlərdən ibarətdir:

 

  • orqanizm tərəfindən tam mənimsənilməmiş zərərli maddələrin təmizlənilməsi;
  • həyati vacib funksiyaların bərpa edilməsi (qan dövranı, tənəffüs, su-elektrolit balansı və s.);
  • xəstənin istifadə etdiyi narkotik maddələrinin növündən asılı olaraq orqanizmin toxumaları tərəfindən mənimsənilmiş zərərli maddələrin təmizlənilməsi.

 

Detoksikasiya prosesində xəstənin narkotik maddə qəbul etməməsi prinsipialdır. Hal-hazırda hamı tərəfindən qəbul olunmuşdur ki, narkotik maddələrin mərhələli qadağası yalnız xəstəliyin ağır hallarında məqsədəuyğundur. Belə ki, abstinent sindromunun inkişafı prosesində epileptik tutmalar kimi həyat üçün təhlükəli hallar yarana bilar. Digər hallarda isə narkotik maddələri, onlara uyğun dərman preparatları ilə əvəz edərək, narkotik maddələrinin qəbulunu birdən dayandırmaq məqsədəuyğundur.

 

Uzunmüddət, hətta bütün həyati boyu davam edən psixi asılılıqdan fərqli olaraq, fiziki asılılıq bir və ya iki həftə ərzində keçir.

 

Detoksikasiya prosesi dozaaşırımından sonra və ya narkotik maddələrinin qəbulunun dayandırılmasından sonra yaranan abstinent sindromu zamanı mütləqdir.

Bundan başqa, müalicənin birinci mərhələsində xəstənin fiziki qüvvəsinin bərpası üzrə tədbirlər həyata keçirilir.

 

Müalicənin bu fazasında orqanizmin susuzluğunun qarşısının alınması (dehidratasiya) və abstinensiya sindromunun zəiflədilməsi məqsədilə həkimin istifadə etdiyi farmakoloji vasitələr xüsusi rol oynayır.

 

Ikinci mərhələ-zəhərlənmənin nəticəsində yaranan daxili orqanların funksiyalarının pozulması, sinir sisteminin pataloji dəyişiklikləri və digər pozuntuların aradan qaldırılması. Bunlar narkotiklərin zəhərləyici təsirinin və yaxud narkomanların sağlamlıq üçün əlverişsiz olan həyat tərzinin nəticələri ola bilir.

Bu mərhələdə xəstənin müalicəsində tətbiq olunan tibbi tədbirlər xəstənin orqanizmində baş vermiş dəyişikliklərin normallaşdırılmasına və orqanizmdə ümumi möhkəmləndirilməsinə yönəldilir.

 

Üçüncü mərhələ- vərdişlərin aradan qaldırılması üzrə müvafiq tədbirlər. Müalicənin bu mərhələsində tərbiyəvi tədbirlər üstünlük təşkil edir. Məqsəd – xəstədə narkotik maddələrdən asılılığa mənfi münasibətin yaradılmasıdır. Bu məqsəd tərbiyəvi xarakterli tədbirlər vasitəsilə narkotik maddələrin qəbulunun dayandırılmasına nail olunmasını, xəstənin maraqlarının istiqamətləndirilməsini, onun emosional sferasının, xəstənin özü və ətrafdakıları üçün xeyirli olan dərslərə yönəldilməsini özündə cəmləşdirir. Əlbəttə ki, bunları dərmanlar vasitəsilə həyata keçirmək qeyri-mümkün olduğu üçün həkimin rolu azalaraq psixoloq, psixoterapevt və pedoqoq-resosioloqun tədbirlərinə üstünlük verilir.

 

Dördüncü mərhələ- narkomanın resosializasiyası. Yenidən tərbiyə tədbirlərini pedaqoqikanın resosializasiya sahəsinə aid edirlər. Bu tədbirlərin məqsədi- müalicə- tərbiyəvi şəraitdə insanın normal ictimai həyata qaytarılmasıdır.

 

Görüldüyü kimi terapevtik kursun təqdim olunmuş mərhələləri vahidlik təşkil edir və onları bir-birindən ayırmaq olmaz. Tibbi tədbirlər tərbiyəvi təsirlərlə birgə tətbiq edilməlidir.

 

Narkomaniyanın müalicəsi prosesində ən qısa mərhələ-zərərli maddələrin orqanizmdən təmizlənməsi və xəstənin abstinensiya sindromundan çıxması mərhələsidir. Əsasən bundan sonra uzun müddətli və çətin, narkomanın psixi asılılıqdan xilas edilməsi dövrü başlanır.

 

Narkomaniyaya tutulmuş xəstələrin müalicəsində bir sıra səbəblərə görə çətinliklər yaranır. Əsas səbəblərdən biri narkomanların çoxunun müalicəyə qərəzli yanaşmasıdır. Bu da onunla izah edilir ki, ya onlar asılılıqdan xilas olmaq istəmirlər, ya da həkimlər tərəfindən tətbiq olunan metodlara etibar etmirlər.

 

Digər səbəb isə, “fırlanan qapı” effektinin yaranması zamanı mühitin təsiri nəticəsində abstinensiyanın pozulmasıdır. Bunu narkomanların özləri təsdiq edirlər.

Narkomaniya xəstəliyinin müalicəsinin tam kursu dörd mərhələdən ibarətdir. Bunlardan birinci iki mərhələ spesifik tibbi xarakter daşıyır, sonrakı iki mərhələdə isə daha çox tərbiyəvi tədbirlər üstünlük təşkil edir.

No Comments

Sorry, the comment form is closed at this time.