Beyin və sinir cərrahiyyəsi
Əməkdaşlıq elədiyimiz klinikalarında mütəmadi olaraq beyin-kəllə patologiyaları, o cümlədən şişlər, meningiomalar, hordomlar, şvannomalar, damarlı malformasiyalar (anevrizmlər), arteriovenoz və kavernoz malformasiyalar kimi patologiyalarla əlaqədar olan yüzlərlə əməliyyat yerinə yetirilir. MRT 3 Tesla və Gamma Knife Perfection (Qamma-bıçaq) kimi inrtaəməliyyat innovasiya texnologiyaları, multidissiplinli yanaşma Əməkdaşlıq elədiyimiz klinikaların neyrocərrahiyyə şöbələrinin beynəlxalq təşkilatların üzvləri və rəhbərləri tərəfindən dünyanın ən aparıcı mərkəzlərindən biri kimi tanınmasına xidmət etmişdir.
Müasir metodikalar, qabaqcıl texnologiyalar və fənnlərarası yanaşma neyrocərrahiyyə xəstələrinin sonrakı müalicə planında qərarların qəbul edilməsi üçün tərkib hissə hesab edilən radioloji tədqiqatlar ilk dərəcəli mühüm əhəmiyyət daşıyır.
Xəstələrin müalicəsi ixtisaslaşdırlmış kliniki şöbələrdə: pediatriya (uşaq) neyrocərrahiyyəsi, damar neyrocərrahiyyəsi, neyroonkoloji şöbədə aparılır.
Yaşlıların neyrocərrahiyyəsi
Baş beynin şişləri (xoşxassəli və bədxassəli)
Kəllə tağının şişləri
Damar xəstəlikləri (beyinə qansızma, baş beyin damarlarının anevrizmi, arteriovenoz malformasiyalar, kavernoz inkişaf qüsurları və insultlar)
Hidrosefaliya (baş beyində mayenin yığılması)
Zədələr
Anadangəlmə inkişaf qüsurları
Yoluxmalar
Funksional neyrocərrahiyyə (hərəkət pozuntuları cərrahiyyəsi, algeolik cərrahiyyə)
Radiocərrahiyyə – Qamma bıçaq
Uşaq neyrocərrahiyyəsi
Anadangəlmə serebral anomaliyalar
Hidrosefaliya (baş beyində mayenin yığılması)
Kraniosinotoz (kəllə tikişlərinin vaxtından əvvəl bitişməsi)
Araxnoidal kistalar (beyin kistaları)
Kraniovertebral pozuntular
Bel dizrafiyası
Bel cərrahiyyəsi
Fəqərə deformasiyası
Fəqərə zədələri
Fəqərənin degenerativ pozuntuları
Skolioz
Kifoz
Spondiloliz
Fəqərənin yoluxmaları
Osteoporoz
Fəqərəinin şişləri
Bel beyni şişləri
Fibromialgiya
Boyun və beldə ağrılar
Fəqərələrarası disklərdə yırtıq
Əməkdaşlıq elədiyimiz həkimlər, baş beyin və sinir cərrahiyyəsi ilə yanaşı, neyro-oonkoloji, neyro-vaskulyar cərrahiyyəsi, onurğa biomexaniki və irəli təməl nevroloji elmlər kimi xüsusi sahələrdə da irəli təhsil / doktorant dərəcəsinə sahib olub, Türkiyədən xaricdə də iş təcrübələri ilə seçilirlər.
Əməkdaşlıq elədiyimiz klinikalarda cərrahi əməliyyatdan öncəki müddətdə xəstələrin funksional olaraq beyin xəritələrinin çıxarılması, beynin sinir ötürülməsi yollarının və elektrik fəaliyyətinin xəritələndirilməsi müvəffəqiyyət ilə həyata keçirilir. Əməliyyatxanalar müasir cərrahi təchizatlarla təchiz edilmiş, əməliyyat zamanı hissi və hərəki sinir stimülisayonlarının və funksional izlənməsi mümkündür.