a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Emosional pozuntuların müalicəsi (depressiya)

Bipolyar pozuntu — (Bipolyar – bi – latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks
qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam
insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional
dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır
(əvvəllər bu xəstəliyi maniakal-depressiv pozuntu adlandırırdılar). Bir qayda olaraq, bipolyar
pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla)
qalır. Deyə bilərsiz ki,hər insanda bu hal dəyişimi görmək mümkündür. Yəniki elə anlarımız olur
eyni bir mövzuya müsbət, daha sonra isə həmin mövzu bizə cəlbedici gəlməyə bilər və tamamilə
əks mövqedən yanaşa bilərik. Bəzən daha enerjili bəzənsə yaşadığımız həyatın mənasız olduğu
düşüncəsinə də qapıla bilərik. Ancaq bu xəstəlikdən əziyyət çəkən
insanlarda emosianal dəyişimi çox güclü şəkildə görmək mümkündür. Hətta bu insanın maniakal
depressiv vəziyyətə də çatdıra bilir. Bu xəstəliyə əvvəllər “maniakal depressiv pozuntu”da
deyilirdi. Əslində bu xəstəlik həm çox ciddi həm də üstünə tez bir zamandadüşülərsə və düzgün
müalicə nəticəsində uzaqlaşdırılması mümkün xəstəlikdir. Təbiki yenidən təkrarlana bilər. Ancaq
düzgün müalicə vasitəsilə nəzarət altına alına bilər və idarə olunması mümkün xəstəlikdir. Ancaq
vaxtında müdaxilə olunmassa ağır depressiya ilə nəticələnər və bu xasiyyət
dəyişimi aylarla özünü göstərə bilər. Ona görə də bir o qədər də təhlükəli xəstəlik olaraq görülür.
Statistik məlumatlara əsasən, bipolyar pozuntu ilə xəstələnmək riski 1-1,5% təşkil edir. Qadınlar
və kişilər arasında xəstələnmə halları demək olar ki, eynidir.

Bipolyar pozuntu iki tipə bölünür:
– 1-ci tip bipolyar pozuntu-moniakal faza+depressiv faza
– 2-ci tip bipolyar pozuntu-hipomoniakal faza+depressiv faza
1-ci tip moniakal fazada (maniya) insan yüksək dərəcədə əhval ruhiyyədə olur. Və hər şeyin, hər
işin öhdəsindən gələ biləcəyi düşüncəsində olur.
Kiminləsə söhbətləşəndə fikirlərinisürətli şəkildə ağzından çıxardır və hətta düşünülməmiş fikirlər
demək olar buna. Belə hallarda da ətraf tərəfindən fikirlər qətiyyən anlaşılmır və sürətli şəkildə də
fikir dəyişikliyi yaşanır. Həyat ritmi pozulur və bir iş tamamlanmamış daimi digər işlərə ordan da
digərlərinə keçirilir. Halusunasiyalar görməyə başlayır və reallıqla əlaqə itir. Yüksək ab-havada
olduğu üçün öz xəstəliyini dərk eləmir. Və bu ciddi şəkildə ətrafda olan insanların da narazılığına
səbəb olur və hərəkətlərin sürəti düşünülməmiş şəkildə artır. Bu hallar həkiməmüraciət
olunmasına gətirib çıxardır.
Hipomoniakal (hipomaniya) fazada da yüksək əhval ruhiyədə olursan. Ama moniakal fazadan
fərqli olaraq daha sakit keçirir bu dövrü və nəzarət mümkün qədər əla alına bilir. Ətrafa zərərlə
nəticələnmir. Reallıqla əlaqə itmir və halusunasiyalar görülmür. Ancaq bu dövr də depressiv
vəziyyətlə nəticələnir.
Onu da qeyd etmək lazımdır ki, depressiv vəziyyət moniakal və ya hipomoniakal fazaya nisbətdə
daha uzun müddət də olur.
Depressiv vəziyyət
Bu fazada insan hər şeyə daha bədbin daha ümidsiz baxır hərşeyə. Davamlı travma halında olur
və düşkün ruh halı hökm sürür.
Depressiv faza üçün göstərilən əlamətlər:
– Əhval-ruhiyyənin enməsi.
– İnsan heçnəyə maraq göstərmir, əvvəllər müsbət emosiyalar doğuran şeylər ona zövq vermir.
– İş qabiliyyəti enir, tez yorulur.
– Fikir dağınıqlığı.
– Özünə qarşı inamsızlıq.
– Gələcəyi haqqında ümidin olmaması.

– Ölüm haqqında tez-tez düşünməsi və intihar fikriylə dolaşması.
– Yuxu və iştah pozuqluğu.
Depressiv vəziyyət zamanı digər əlamətlər də özünü göstərə bilər. Bu əlamətlər eyni anda hamısı
özünü göstərməyə də bilər. Bipolyar pozuntu müxtəlif xəstəliklərdir və buna görə də xəstəliyin
növünə görə müalicəsi də müxtəlif olur. Ona görə də həkimə müraciət edərkən keçirdiyiniz hal-
vəziyyəti dəqiq şəkildə bildirmək, hansı hal özünü daha çox hansı vəziyyətdə göstərdiyini dəqiq
şəkildə demək lazımdır ki, diaqnoz düzgün qoyulsun və müalicə də düzgün və dəqiq olsun. Bunu
müxtəlif testlərdən keçərək də hansı dərəcədə sizdə var olduğunu müəyyən etmək mümkündür.
Bipolyar pozuntu zamanı dərman müalicəsi vacib olsa belə psixoterapiya mütləqdir. Psixoterapiya
pasiyentin psixologiyasının nəzarət də saxlanılmasın da xüsusi rol oynayır.
Unutmamaq lazımdır ki, bu xəstəlik yenidən qayıda bilər və xəstənin vəziyyətini stabil saxlamaq
üçün aşağıdakı qaydalara riayət olunmalıdır.
– Yuxu rejiminin pozulmaması. (Hər gün eyni vaxtda oyanıb eyni vaxtda yatmaq.)
– Həddən artıq yorulmadan özünü qorumaq və mümkünsə ciddi iş rejimi tələb edən iş
yerlərindən uzaq durmaq.
– Qaydalı və mütamadi şəkildə istirahətini təmin etmək.
– Spirtli içkini azaltmaq və mümkünsə tamamilə tərgitmək.
– Münaqişələrdən qaçmaq və stresdən uzaq durmaq.

Azərbaycanın tanınmış mütəxəssisi həkim psixiatr-narkoloq, tibb elmlər doktoru Araz Əliquliyev
və Türk NP İstanbul xəstəxanası Medi Global əməkdaşlığı ilə sizlərə bu xəstəliklərin müayinə və
müalicəsini təklif edir.

No Comments

Sorry, the comment form is closed at this time.