a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Müalicəvi bədən tərbiyyəsi

Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş və onurğa beyinin travmatik
zədələnməsi, periferik sinirlərin zədələnmələrindən sonra, periferik neyropatiyaları,
vertebrogen nevroloji sindromları, uşaq serebral iflici, dağınıq skleroz, Parkinson
xəstəliyi, Gentinqton xəstəliyi, hərəkət neyronu xəstəlikləri (yan amiotrofik skleroz,
proqressivləşən bulbar iflic, proqressiv əzələ atrofiyası), sinir sisteminin irsi xəstəlikləri
(torzion disyoniya, beyincik ataksiyaları), polineyropatiyalar, əzələ xəstəlikləri,
vertebrogen nevroloji sindromları ilə xəstələrin bərpası ilə məşğul olan tibbi
reabilitasiyanın bir hissəsidir.
Sözsüz, formalaşmış nevroloji qüsurun müşahidə olunduğu xəstəliklər üçün (məsələn,
insult, baş və onurğa beyinin travmaları) və proqressivləşən degenerativ və irsi
xəstəliklər üçün (Parkinson xəstəliyi, hərəkət neyronu xəstəlikləri və s.) məqsəd və
vəzifələr müxtəlifdir. Belə ki, insult, baş və onurğa beyinin travmaları, periferik
neyropatiyalar və pleksopatiyalar, vertebrogen radikular və spinal sindromlar, uşaq
serebral iflicinin daxil olduğu birinci qrup xəstəliklər üçün reabilitasiyanın əsas məqsədi
xəstəlik və ya travma nəticəsində pozulmuş funksiyaların tam bərpasının əldə
olunmasından və ya bu real olmadıqda – əlilin fiziki, psixi və sosial potensialının optimal
realizasiyası, onun cəmiyyətə adekvat inteqrasiyasından ibarətdir.Neyroreabilitasiya
hazırda müasir təbabətin prioritet inkişf istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu, ilk
növbədə motor qabıqda onun zədələnmələri zaman plastik proseslərin fundamental
əsasları sahəsində ixtiralar ilə bağlıdır. Heyvanlar üzərində aparılan neyrofizioloji və
neyroanatomik tədqiqatlar, eləcə də insanda beyin kartlanmasının vizualizasiya və digər
qeyri – invaziv metodları böyük fərdin beyin qabığının əhəmiyyətli funksional
yenidənqurmaya qadir olmasının təkzibedilməz dəlillərini təqdim edib.

Xəstəlikdən asılı olmayaraq, neyroreabilitasiya aşağıdakı prinsiplərə əsasən
qurulur:
– müalicə tədbirlərinin erkən başlaması (xəstənin somatik vəziyyəti və onun şüurunun
vəziyyəti imkan verdiyi qədər);
– bütün əlçatan və zəruri reabilitasiya tədbirlərinin tətbiqinin kompleksliyi;
– reabilitasiya proqramının fərdiləşdirilməsi;
– reabilitasiya prosesinin mərhələli şəkildə olması;
– reabilitasiya mərhələləri boyunca davamlılıq və ardıcıllıq;
– sosial istiqamətləndirmə;
– yüklənmə adekvatlığı və reabilitasiya effektivliyinə nəzarət metodlarının istifadə
olunması.

Müalicəvi bədən tərbiyəsi

MSS zədələnməsi ilə pasiyentlərin neyrodamar reabilitasiyası dörd əsas komponentə
əsaslanır:
Tibbi müayinə və ümumi vəziyyətin qiymətləndirilməsi..
İlkin müayinə həkimlərə sizin ümumi vəziyyətinizi, fiziki qüvvəni, məhdudiyyətlər və
hərəki, psixoloji, sosial, loqoped reabilitasiyasına təsir edən digər vəziyyətləri
qiymətləndirməyə imkan verir. Həkimlər sizin ürək – damar xəstəlikləri, insult inkişafının
risk faktorlarını qiymətləndirir. Əldə olunan bütün məlumatların əsasında həkimlər məhz
sizin üçün təhlükəsiz və effektiv olan fərdi neyroreabilitasiya proqramını tərtib edir.
Hərəki (motor) və sensor pozulmalarının tam və ya qismən bərpası.
Hərəki (motor) pozulmalar – insultun ən sıx və ağır fəsadlarından biridir. Hərəki
funksiyaların bərpası əksər xəstələrdə müşahidə olunur; adekvat müalicə gimnastikası və
kineziterapiya zamanı hətta kobud hərəkət qüsurları olan pasiyentlər xəstəlikdən ən azı 3
– 6 ay sonra müstəqil ayaq üstə dayanmağa və gəzməyə başlayır. Biz vertikalizasiya və
sonradan gəzmə təlimi imkanları olan robotlaşmış lokomotor G-EO kompleksinin
istifadəsi zaman əla nəticələr əldə etmişik. 3 – 6 aydan sonra müsbət nəticənin
olmaması paretik ətraflarda dərin hissiyyətin itirilməsi və (və ya) xəstənin reabilitasiyaya
qarşı aşağı motivasiyasından irəli gələ bilər, bu da çox zaman xəstəliyin ağırlığının lazımi
dərəcədə qiymətləndirilməməsi və ya ona məhəl qoyulmaması zaman müşahidə olunur
(anozoqnoziya).
Düzgün həyat tərzi təlimi.
Neyrodamar reabilitasiyanın mühüm məqamlarından biri pəhrizdir. Sizə düzgün
qidalanmağı və sizin üçün ən uyğun qidanı seçməyi, artıq yağ, duz və xolesterindən
çəkinməyi öyrədəcəklər. Sizə insul keçirmiş insanın sağlam həyat tərzi ilə uyğun olmayan
pis vərdişlərinizdən, məsələn siqaret çəkməkdən azad olmağa kömək edəcəklər. Sizi ağrı
və yorğunluğun öhdəsindən gəlməyi öyrədəcəklər. Məhz düzgün qidalanma artıq çəkidən
azad olmağa imkan verir.
Psixoloji dəstək.
Keçirilmiş insult və ondan sonrakı vəziyyət – sizin adi həyat tərzinizi pozan ciddi
problemdir. Bu depressiya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə bilmir, adi işlərlə
məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox mühümdür. Əgər sizdə
depressiya varsa, reabilitasiyanın bu mərhələsinə məhəl qoymamaq olmaz, əks halda
xəstəlikdən bərpa çox çətin olacaq. Depressiya ilə mübarizə həm dərman terapiyası, həm
də fasiləsiz çalışmalardan ibarət ola bilər. Həmin çalışmaların yerinə yetirilməsi sizə
xəstəliyi unutmağa və uğurlu bərpaya imkan verəcək və sizə güc və enerji verəcək.

Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş və onurğa beyinin travmatik
zədələnməsi, periferik sinirlərin zədələnmələrindən sonra, periferik neyropatiyaları,
vertebrogen nevroloji sindromları, uşaq serebral iflici, dağınıq skleroz, Parkinson xəstəliyi,
Gentinqton xəstəliyi, hərəkət neyronu xəstəlikləri (yan amiotrofik skleroz, proqressivləşən
bulbar iflic, proqressiv əzələ atrofiyası), sinir sisteminin irsi xəstəlikləri (torzion disyoniya,
beyincik ataksiyaları), polineyropatiyalar, əzələ xəstəlikləri, vertebrogen nevroloji
sindromları ilə xəstələrin bərpası ilə məşğul olan tibbi reabilitasiyanın bir hissəsidir.
Sözsüz, formalaşmış nevroloji qüsurun müşahidə olunduğu xəstəliklər üçün (məsələn,
insult, baş və onurğa beyinin travmaları) və proqressivləşən degenerativ və irsi xəstəliklər
üçün (Parkinson xəstəliyi, hərəkət neyronu xəstəlikləri və s.) məqsəd və vəzifələr
müxtəlifdir. Belə ki, insult, baş və onurğa beyinin travmaları, periferik neyropatiyalar və
pleksopatiyalar, vertebrogen radikular və spinal sindromlar, uşaq serebral iflicinin daxil
olduğu birinci qrup xəstəliklər üçün reabilitasiyanın əsas məqsədi xəstəlik və ya travma
nəticəsində pozulmuş funksiyaların tam bərpasının əldə olunmasından və ya bu real
olmadıqda – əlilin fiziki, psixi və sosial potensialının optimal realizasiyası, onun
cəmiyyətə adekvat inteqrasiyasından ibarətdir.Neyroreabilitasiya hazırda müasir
təbabətin prioritet inkişf istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu, ilk növbədə motor
qabıqda onun zədələnmələri zaman plastik proseslərin fundamental əsasları sahəsində
ixtiralar ilə bağlıdır. Heyvanlar üzərində aparılan neyrofizioloji və neyroanatomik
tədqiqatlar, eləcə də insanda beyin kartlanmasının vizualizasiya və digər qeyri – invaziv
metodları böyük fərdin beyin qabığının əhəmiyyətli funksional yenidənqurmaya qadir
olmasının təkzibedilməz dəlillərini təqdim edib.

Xəstəlikdən asılı olmayaraq, neyroreabilitasiya aşağıdakı prinsiplərə əsasən qurulur:

– müalicə tədbirlərinin erkən başlaması (xəstənin somatik vəziyyəti və onun şüurunun
vəziyyəti imkan verdiyi qədər);
– bütün əlçatan və zəruri reabilitasiya tədbirlərinin tətbiqinin kompleksliyi;
– reabilitasiya proqramının fərdiləşdirilməsi;
– reabilitasiya prosesinin mərhələli şəkildə olması;
– reabilitasiya mərhələləri boyunca davamlılıq və ardıcıllıq;
– sosial istiqamətləndirmə;
– yüklənmə adekvatlığı və reabilitasiya effektivliyinə nəzarət metodlarının istifadə
olunması.

MSS zədələnməsi ilə pasiyentlərin neyrodamar reabilitasiyası dörd əsas komponentə
əsaslanır:
Tibbi müayinə və ümumi vəziyyətin qiymətləndirilməsi..
İlkin müayinə həkimlərə sizin ümumi vəziyyətinizi, fiziki qüvvəni, məhdudiyyətlər və
hərəki, psixoloji, sosial, loqoped reabilitasiyasına təsir edən digər vəziyyətləri
qiymətləndirməyə imkan verir. Həkimlər sizin ürək – damar xəstəlikləri, insult inkişafının
risk faktorlarını qiymətləndirir. Əldə olunan bütün məlumatların əsasında həkimlər məhz
sizin üçün təhlükəsiz və effektiv olan fərdi neyroreabilitasiya proqramını tərtib edir.
Hərəki (motor) və sensor pozulmalarının tam və ya qismən bərpası.
Hərəki (motor) pozulmalar – insultun ən sıx və ağır fəsadlarından biridir. Hərəki
funksiyaların bərpası əksər xəstələrdə müşahidə olunur; adekvat müalicə gimnastikası və
kineziterapiya zamanı hətta kobud hərəkət qüsurları olan pasiyentlər xəstəlikdən ən azı 3
– 6 ay sonra müstəqil ayaq üstə dayanmağa və gəzməyə başlayır. Biz vertikalizasiya və
sonradan gəzmə təlimi imkanları olan robotlaşmış lokomotor G-EO kompleksinin
istifadəsi zaman əla nəticələr əldə etmişik. 3 – 6 aydan sonra müsbət nəticənin
olmaması paretik ətraflarda dərin hissiyyətin itirilməsi və (və ya) xəstənin reabilitasiyaya
qarşı aşağı motivasiyasından irəli gələ bilər, bu da çox zaman xəstəliyin ağırlığının lazımi
dərəcədə qiymətləndirilməməsi və ya ona məhəl qoyulmaması zaman müşahidə olunur
(anozoqnoziya).
Düzgün həyat tərzi təlimi.
Neyrodamar reabilitasiyanın mühüm məqamlarından biri pəhrizdir. Sizə düzgün
qidalanmağı və sizin üçün ən uyğun qidanı seçməyi, artıq yağ, duz və xolesterindən
çəkinməyi öyrədəcəklər. Sizə insul keçirmiş insanın sağlam həyat tərzi ilə uyğun olmayan
pis vərdişlərinizdən, məsələn siqaret çəkməkdən azad olmağa kömək edəcəklər. Sizi ağrı
və yorğunluğun öhdəsindən gəlməyi öyrədəcəklər. Məhz düzgün qidalanma artıq çəkidən
azad olmağa imkan verir.
Psixoloji dəstək.
Keçirilmiş insult və ondan sonrakı vəziyyət – sizin adi həyat tərzinizi pozan ciddi
problemdir. Bu depressiya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə bilmir, adi işlərlə
məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox mühümdür. Əgər sizdə
depressiya varsa, reabilitasiyanın bu mərhələsinə məhəl qoymamaq olmaz, əks halda
xəstəlikdən bərpa çox çətin olacaq. Depressiya ilə mübarizə həm dərman terapiyası, həm
də fasiləsiz çalışmalardan ibarət ola bilər. Həmin çalışmaların yerinə yetirilməsi sizə
xəstəliyi unutmağa və uğurlu bərpaya imkan verəcək və sizə güc və enerji verəcək.

Pasiyentin insultdan sonra reabilitasiyası

İnsult – ocaqlı və ya ümumi beyin nevroloji simptomlarının qəfil yaranması ilə xarakterizə olunan
beyin qan dövranının kəskin pozulmasıdır, pozulmalar 24 saatdan artıq müddətdə müşahidə
olunur və sağlamlığın əhəmiyyətli dərəcədə itirilməsinə və ya hətta xəstənin ölümünə gətirib
çıxara bilər. zədələnmənin xarakterinə görə insultun 2 əsas növü ayırd edilir:
işemik – beyin sahəsinin qan təchizatının qəfil pozulmasının nəticəsidir və
hemorragik – spontan (qeyri – travmatik) kəllədaxili qansızmadır. Bundan başqa, simptomları 3
həftə ərzində geriləyən “kiçik” insult ayırd edilir.
Insult zamanı yaranan anatomik dəyişikliklərin yerləşməsi və ölçüsündən asılı olaraq, kliniki
mənzərə və hərəki pozulmalar dəyişə bilər, eləcə də hissiyyət, nitq pozulmaları, məkan qavrayışı
(persepsiya), psixoloji statusun dəyişiklikləri (çaşqınlıq, emosional labillik, depressiya, həddən
artıq qıcıqlanma və s.), inkonintensiya və s. müşahidə oluna bilər. Reabilitasiya müalicəsinin
vaxtında və düzgün aparılmaması zaman insult keçirmiş xəstələr arasında əlillik 80 % təşkil edir.
Insultdan sonra xəstələrin reabilitasiyası aşağıdakılardan ibarətdir: insultdan sonrakı fəsadların
(ilk növbədə kontrakturaların) profilaktikası, itirilmiş hərəkətlərin, yerişin, nitqin bərpası, psixoloji
və sosial readaptasiya, məişətdə müstəqillik, əmək qabiliyyətinin bərpası, yəni xəstənin normal
həyat tərzinə maksimal şəkildə qaytarılması.
İnsult sonrası xəstələrin reabilitasiyasını nə vaxt başlamalı?

– İnsult xəstələrinin reabilitasiyanı xəstənin vəziyyətinin sabitləşməsindən və həyat
üçün təhlükənin aradan qaldırılmdasından sonra ən qısa müddət ərzində başlamaq
lazımdır. Bu mərhələdə kontraktura və yataq yarasından qorunmaq üçün passiv
gimnastika, tarazlıqla bağlı pozulmuş reaksiyaların bərpası üçün çalışmalar
(kənardan kömək göstərməklə bədənin rotasiyası) aparılır.
– İnsultlar zamanı reabilitasiyanın əsas prinsipləri:
– Bərpa tədbirlərinin erkən başlanğıcı insultun ilk günlərindən aparılır (əgər xəstənin
ümumi vəziyyəti buna imkan verirsə) və pozulmuş funksiyaları tam bərpa etməyə və
sürətləndirməyə, ikinci dərəcəli ağırlaşmaların (durğun pnevmoniya, tromboflebitlər,
kontrakturalar, yataq yaraları, əzələ distrofiyası) inkişafının qarşısını almağa kömək
edir.
– Bərpa nevroloji bölmədə başlanmalı və bərpa müəssisəsində davam etməlidir.
– Xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak etməlidirlər (xüsusilə,
günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə
yetirilməsində).
– Bərpa proqnozu bir çox şeydə beyinin zədələnmiş sahəsinin ölçüsü və yerləşməsi ilə,
həmçinin bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə təyin edilir.
İnsultdan sonra bərpa proqramı:
Hərəkət sistemin bərpası
masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və

yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya
(erqoterapevt).
Nitqin və yaddaşın bərpası
səslərin və sözlərin tələffüz edilməsi üzərində iş (afazioloq/loqoped), nitq üzərində iş
(afazioloq/loqoped)
Çanaq funksiyalarının bərpası
funksiyanın maksimal mümkün olan bərpası üzrə iş (reabilitoloq).
Psixoemosional sahənin bərpası
xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
İnsult sonrası xəstələrin reabilitasiyası nə qədər müddət davam edir?
Reabilitasiya müddətləri, baş beyinin zədələnməsinin ağırlığından, müşaiyət edən xəstəliklərdən,
xəstənin insultdan öncəki fiziki vəziyyətindən asılıdır. Bərpaedici müalicənin müddəti, hərəkətlərin
koordinasiyasının yaxşılaşmasına, yerimə bacarığının, özünə xidmətin tam bərpasına qədər
davam edir və 3 aydan 2 ilə qədər müddət təşkil edə bilər (nitqin bərpası və peşə fəaliyyətinə
qayıdış). Bərpanın müddətinə, reabilitasiya proqramının düzgün tərtibatı (kineziterapiya birinci
dərəcəli rol oynayır), mütəxəssislərin peşəkarlığı, məqsədlərin gerçəkliyi (otura bilməyən xəstəni
yeritmək düzgün deyil) təsir göstərir.
İnsultdan sonra neyroreabilitasiyanın nəticələri:
İnsultdan sonra neyroreabilitasiya – uzunmüddətli proqramdır. Reabilitasiyanın nəticələrini Siz
artıq əvvəldə özünüz hiss edə bilərsiniz. Siz, müstəqil şəkildə hərəkət edə, özünüzə xidmət edə
biləcəksiniz, iş ritminə qayıda biləcəyiniz həddə yaxınlaşa biləcəksiniz. Siz, stres və
depressiyanın öhdəsindən gəlməyi öyrənəcəksiniz, yəni, Sizin kimi digər insanları da ruhlandıra
biləcəksiniz. Bir sözlə, neyroreabilitasiya – insultdan sonra müalicənin ayrılmaz hissəsidir

Kəllə-beyin travması (KBT) baş nahiyəsinə güclü zərbənin nəticəsidir, bu halda, baş beyinin
yumşaq toxumaları, sümükləri və maddəsi zədələnir. KBT-nın təzahürləri, bilavasitə travma ilə
təhrik olunan birinci dərəcəli təzahürlər və tənzimləmə proseslərinin pozuntusu, işemiya və baş
beyində digər patoloji dəyişikliklər nəticəsində əmələ gəlmiş ikinci dərəcəli təzahürlər ola bilər.
Düzgün təşkil olunmuş rabilitasiya tədbirləri KBT olan xəstə üçün olduqca mühümdür, çünki onun,
beyin funksiyalarının bərpasına şanslarını artırır.
KBT zamanı baş vermiş anatomik dəyişikliklərin lokallaşması və ölçüsündən asılı olaraq, kliniki
təsvir və hərəkət pozuntuları dəyişə bilər, həmçinin, hissiyatın, nitqin, məkan persepsiyasının
pozğunluğu, psixoloji statusun sapması (çaşqınlıq, emosional qeyri-sabitlik, depressiya,
həddindən artıq qıcıqlanma və s.), inkontinensiya və s. müşahidə oluna bilər.
Reabilitasiya müalicəsinin gecikdirilməsi və yanlış keçirilməsi halında, KBT keçirmiş xəstələrin
sırasında əlilliyin faizi yüksəkdir. KBT keçirmiş xəstələrin reabilitasiyasına aşağıdakılar daxildir:
travma sonrası ağırlaşmaların (ilk növbədə, kontrakturaların) profilaktikası, itirilmiş hərəkətlərin,
yerimənin, nitqin, psixoloji və sosial readaptasiyanın, məişətdə müstəqillik və fəaliyyət
qabiliyyətinin bərpası, yəni, xəstənin normal həyat tərzinə maksimum tam qaytarılması.
Kəllə-beyin travması keçirmiş xəstələrin reabilitasiyası nə vaxt başlamalıdır?
Kəllə-beyin travmasından sonra reabilitasiya, xəstənin vəziyyətinin sabitləşməsindən və həyat

təhlükəsinin aradan qaldırılmasından sonra mümkün qədər tez başlanılmalıdır. Bu mərhələdə,
kontrakturalar və yataq yaralarından qorunma üçün passiv gimnastika, pozulmuş reaksiyaların
bərpası üçün tarazlığa aid hərəkətlər (kənardan kömək ilə bədənin rotasiyası) keçirilir.
Keçirilmiş kəllə-beyin travmasından sonra reabilitasiyanın əsas prinsipləri:
Bərpa tədbirlərinin erkən başlanğıcı keçirilmiş kəllə-beyin travmasından ilk günlərindən aparılır
(əgər xəstənin ümumi vəziyyəti buna imkan verirsə) və pozulmuş funksiyaları tam bərpa etməyə
və sürətləndirməyə, ikinci dərəcəli ağırlaşmaların (durğun pnevmoniya, tromboflebitlər,
kontrakturalar, yataq yaraları, əzələ distrofiyası) inkişafının qarşısını almağa kömək edir.
Bərpa nevroloji bölmədə başlanmalı və bərpa müəssisəsində davam etdirilməlidir. Hospitalda
olma müddətinin bitməsi zamanı, xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak
etməlidirlər (xüsusilə, günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə
yetirilməsində).
Bərpa proqnozu bir çox şeydə beyinin zədələnmiş sahəsinin ölçüsü və yerləşməsi ilə, həmçinin
bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə təyin edilir.
Psixoloji dəstək.
Keçirilmiş KBt-sı və ondan sonrakı vəziyyət – Sizi normal həyatdan müəyyən bir müddətə
yayındıran ciddi bir problemdir. Bu, sizi depressiyaya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə,
adi işlərinizlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox əhəmiyyətlidir. Əgər Siz
depressiyadan əziyyət çəkirsinizsə, o zaman, həmin bərpa mərhələsinin ciddiliyini nəzərə almaq
lazımdır, əks təqdirdə, xəstəlikdən sonra bərpa çox çətin keçəcək. Depressiya ilə mübarizə, həm
dərman terapiyadan, həm də psixoterapiyadan ibarət ola bilər və həmin tapşırıqların yerinə
yetirilməsin Sizə xəstəlikləri unutduracaq və Sizə uğurlu bərpaya inam hissi yaşatdıracaq, Sizə
güc və enerji verəcək.
Kəllə-beyin travmasından sonra bərpa proqramı:
Hərəkət sistemin bərpası
masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və
yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya
(erqoterapevt). Nitqin və yaddaşın bərpası
səslərin və sözlərin tələffüz edilməsi üzərində iş (afazioloq/loqoped), nitq üzərində iş
(afazioloq/loqoped)
Çanaq funksiyalarının bərpası
funksiyanın maksimal mümkün olan bərpası üzrə iş (reabilitoloq).
Psixoemosional sahənin bərpası
xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
Müalicəvi gimnastikanın daha effektiv keçirilməsi prinsipləri:
Baş beyinin travmaları zamanı müalicəvi bədən tərbiyəsi bir sıra xüsusiyyətlərə malikdir və
bunların mütləq riayət olunması bu metodu daha effektiv edir:
– MBT-nin erkən başlanğıcı;
– itirilimiş funksiyaların bərpası üçün MBT vasitələrinin və üsullarının hədəf istifadəsi;
– hərəkətlərin öyrədilməsi və təkrar öyrədilməsi məqsədi ilə ali qabıq funksiyalarına
yönəldilmiş hərəkət;
– MBT-nin ümumi möhkəmləndirici təsiri ilə birləşmədə, patogenetik prinsip üzrə xüsusi
tapşırıqların seçilməsi;
– xəstənin imkanlarından asılı olaraq ciddi adekvatlıq və dinamik dəyişkənlik;
– hərəkət rejiminin aktiv şəkildə genişləndirilməsi.
Müalicəvi gimnastikanın keçirilməsi zamanı tapşırıqların xarakteri:
MBT-nin xüsusi vasitələri, hərəkət probleminin xarakterindən asılı olaraq, xəstəliyin, pozulmuş
funksiyaların təzahür dərəcəsi, müalicə mərhələsi və s. nəzərə alınmaqla təsnif edilir. MBT-nin
əsas vasitəsi, bir sıra məşqi təlimlərdən ibarət olan müalicəvi gimnastikadır. Bu qrupları aşağıdakı
qruplara bölmək olar:

– Əzələ gücünün həcmini artıran;
– Ciddi dozalara bölünmüş əzələ gərginliklərinin əldə edilməsinə yönəldilmiş;
– Differensiasiyalıəzələ gərginliklərinə nail olmağa imkan verən;
– Ataksiya əleyhinə təlimlər;
– Antispastik və rigidliyə qarşı təlimlər;
– Birliyə qarşı təlimlər;
– Reflektor və ideomotor təlimlər;
– Passiv hərəkətlər, o cümlədən, manual terapiya
Bu təlimlər, təcrübədə bir-biri ilə müxtəlif proporsiyada birləşməlidir. Bu kimi birləşmə, hərəkət
pozuntularının xarakteri və həcmindən, bərpa mərhələsindən və xəstənin və müalicə edən tibbi
heyətin qarşısında duran konkret tibbi və sosial-məişət məsələlərdən irəli gəlir.
KBT-dan sonra bərpa müddəti nə qədər davam edir?
Bərpa müddətləri, baş beyinin zədəsinin ağırlığından, müşaiyət edən xəstəliklərdən, xəstənin
travmadan öncəki fiziki vəziyyətindən asılıdır. Bərpaedici müalicənin müddəti, hərəkətlərin
koordinasiyasının yaxşılaşdırılmasına, yerimə bacarığının, özünə xidmətin tam bərpasına qədər
davam edir və 3 aydan ilə qədər müddəti əhatə edə bilər (nitqin bərpası və peşə fəaliyyətinə
qayıdış). Bərpanın müddətinə, reabilitasiya proqramının düzgün tərtibatı (kineziterapiya birinci
dərəcəli rol oynayır), mütəxəssislərin peşəkarlığı, onların qarşıya qoyduqları məqsədlərin
gerçəkliyi təsir göstərir.
Kəllə-beyin travmasından sonra reabilitasiya müalicəsinin nəticələri:
Kəllə – beyin travmasından sonra reabilitasiya – çox zaman uzun müddətli proqramdır. Bərpa
müalicəsinin nəticələrini siz ən başdan hiss edə bilərdiniz. Siz özünüz hərəkət edə müstəqil
şəkildə özünüzə qulluq edə biləcəksiniz, iş rejiminə qayıda biləcəyiniz xəttə yaxınlaşacaqsınız.
Siz stress və depressiyanın öhdəsindən gəlməyi öyrənəcəksiniz və bu səbəbdən də sizin kimi
başqa insanları həvəsləndirə və cəsarətləndirə biləcəksiniz. Bir sözlə, reabilitasiya – kəllə – beyin
travmasından sonra müalicənin ayrılmaz mərhələsidir.

Onurğa beyin travmasından sonra reabilitasiya
Onurğa-bel travmaları, həm fiziki sağlamlığın pozulması, həm də insanın psixo-emosional fonuna
mənfi təsir mənasında ən ağır travmalardan biri hesab olunur. Bu qəbildən olan xəsarətlər,
bilavasitə əzilmə, hematoma ilə sıxılma, onurğanın sıxılması, fəqərələrarası disklərin sümük
qırıqları ilə sıxılması nəticəsində, həmçinin onurğa beyinin şişini müşayiət edən işemik pozuntular
fonunda baş verir.
Belə travmanın ağırlıq dərəcəsi və onun kliniki təsviri bütovlükdə zədənin səviyyəsindən, ağrı
sindromunun mövcudluğundan, əzələlərin iflicindən, həssaslığın pozuntusundan, çanaq
orqanlarının fəaliyyətindəki problemlərdən asılıdır. Bəzi pasiyentlərdə reaksiya sürəti yavaşıyır,

emosional qeyri-sabitlik, aqressiya, qorxaqlıq və nizamsızlıq meydana çıxır. Bu kateqoriyaya aid
xəstələrdə çox vaxt yaranan depressiya iştahanın pozulması, səbəbsiz ağlamaq və ya gülmək,
yuxusuzluq, özünü dəyərləndirmənin azalması və həddindən artıq həyəcan hissi ilə müşahidə
olunur.
Yuxarıda sadalananlar, həmçinin hər cür ağırlaşmaların inkişafının yüksək riski, bel travmasından
sonra bərpa proqramının keçirilməsinin əhəmiyyətini təsdiq edir. Bu arada, belə hallarda bərpa
kurslarını bir dəfə deyil, müntəzəm keçirilməsi nəzərdə tutulur.
Keçirilmiş onurğa-bel travmasından sonra pasiyentlərin bərpası nə vaxt başlanılmalıdır?
Keçirilmiş onurğa-bel travmasından sonra bərpa, xəstənin vəziyyətinin sabitləşməsindən və həyat
təhlükəsinin aradan qaldırılmasından sonra mümkün qədər tez başlanılmalıdır. Bu mərhələdə,
kontrakturalar və yataq yaralarından qorunma üçün passiv gimnastika, pozulmuş reaksiyaların
bərpası üçün tarazlığa aid təlimər keçirilir.
Keçirilmiş onurğa-bel travmasından sonra bərpanın əsas prinsipləri:
– Bərpa tədbirlərinin erkən başlanğıcı keçirilmiş travmanın ilk günlərindən aparılır (əgər
xəstənin ümumi vəziyyəti buna imkan verirsə) və pozulmuş funksiyaları tam bərpa
etməyə və sürətləndirməyə, ikinci dərəcəli ağırlaşmaların (durğun pnevmoniya,
tromboflebitlər, kontrakturalar, yataq yaraları, əzələ distrofiyası) inkişafının qarşısını
almağa kömək edir.
– Bərpa nevroloji bölmədə başlanmalı və bərpa müəssisəsində davam etdirilməlidir.
– Xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak etməlidirlər (xüsusilə,
günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə
yetirilməsində).
– Bərpa proqnozu bir çox şeydə, onurğa beyinin xəsarətinin dərəcəsi və zədələnməsi
səviyyəsi ilə, həmçinin bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə
təyin edilir.
Özünə xidmət bacarığının bərpası
Xəstə, ətrafdakılardan mümkün qədər az asılı olmalıdır. Bu, həmçinin, mühüm psixoloji əhəmiyyət
kəsb edir: özünü dəyərləndirmədə naqislik hiss edən, daim yardıma ehtiyacı olan insan sıxıntı
hiss edir, tez-tez depressiyaya qapılır, onun motivasiyası aşağı enir.
Əmək qabiliyyətinin bərpası
Bu məsələnin həlli üçün, zəruri bacarıqların bərpası və möhkəmlənməsini təşkil edən
erqoterapiya böyük əhəmiyyət kəsb edir. Psixoemosional sahənin bərpası.
Tibbi heyətin, pasiyentin yaxınlarlarının psixoloji dəstəyi, psixoloqla söhbətlər bərpanın ağır
prosesində və cəmiyyətdə öz yerinin tapılmasında kömək edir.
Onurğa-bel travmasından sonra reabilitasiya proqramı:
Hərəkət sistemin bərpası
masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və
yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya
(erqoterapevt).

Çanaq funksiyalarının bərpası
funksiyanın maksimal mümkün olan reabilitasiyası üzrə iş (reabilitoloq).
Psixoemosional sahənin bərpası
xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
Onurğa-bel travmasından sonra xəstələrin reabilitasiya müddəti nə qədər davam edir?
Bərpa müddətləri, baş beyin zədələnməsinin ağırlığından, müşaiyət edən xəstəliklərdən, xəstənin
travmadan öncəki fiziki vəziyyətindən asılıdır. Bərpaedici müalicənin müddəti, yerimə bacarığının,
özünə xidmətin tam bərpasına qədər davam edir və 3 aydan 2 ilə qədər müddət təşkil edə bilər
(peşə fəaliyyətinə qayıdış). Bərpanın müddətinə, bərpa proqramının düzgün tərtibatı
(kineziterapiya birinci dərəcəli rol oynayır), mütəxəssislərin peşəkarlığı, məqsədlərin gerçəkliyi
təsir göstərir.

No Comments

Sorry, the comment form is closed at this time.