a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Onkologiya

ONKOLOGİYA

Əməkdaşlıq elədiyimiz onkologiya mərkəzləri

İnkişaf etmiş infrastruktur, qabaqcıl texnologiya və həkimlərinin çoxillik təcrübəsi sayəsində Acıbadəm klinikaları öz xəstələrinə xərçəngin diaqnostikası və müalicəsi üçün xidmətlərin bütün çeşidini təklif edir.

Bu gün  klinikaları şöbələrində beş onkoloji mərkəz çalışır və minlərlə xəstəyə uğurla xidmət göstərir:  Maslak (Məslək) və  Kozyatağı klinikaları İstanbulda,  Bursa (Bursa şəh.), Adana (Adana şəh.) və  Kayseri (Kayseri şəh.). Xərçəng xəstəlikləri üzrə profilləşən  onkoloji mərkəzlərin xərçəng müalicəsi üzrə mütəxəssisləri həmin sahə üzrə öz biliklərini daimi olaraq artırmaq və onlardan hər yeni xəstəlik halının aşkarlanmasında fəal şəkildə istifadə etmək imkanına malikdirlər.

Çoxsahəli yanaşma

Onkologiya müalicəsinin dünya təcrübəsində xərçəngin müalicəsi üçün ən səmərəli qərarlar çoxsahəli yanaşma nəticəsində əldə edilmişdir, belə ki, onkologiya elmin bir çox sahələrinin əməkdaşlığını tələb edən bir sahədir. Tibbin müxtəlif sahələrinin məsləhətləri xərçəng xəstəliyinin diaqnostikası və müalicəsi zamanı olduqca mühümdür. Belə yanaşma zamanı tibbin müxtəlif sahələrinin mütəxəssisləri müalicə yolları haqqında birgə qərarlar qəbul edir və birgə məsuliyyət daşıyırlar.

Əməkdaşlıq elədiyimiz onkoloji mərkəzlərində müxtəlif tibbi mütəxəssislər qrupları hər bir halı ayrıca tədqiq edir, özlərinin bütün biliklərindən istifadə etməklə xərçəng ilə mübarizədə adekvat üsullar seçilər.

Qeyd etmək lazımdır ki, əməkdaşlıq elədiyimiz klinikaları şəbəkəsində çoxprofilli yanaşma təkcə xərçəngin bütün növlərinin diaqnostikası və müalicəsi üçün deyil, həm də xərçəngin erkən diaqnostikası edilməsi proqramlarında, sağlam olan insanların arasında təhlükə qrupunun müəyyən edilməsində, xərçəng xəstəliyinin profilaktikası haqqında mövzuların işıqlandırılamsı proqramlarında təmsil edilmişdir.

Diaqnostika metodları

 

 

Xərçəng xəstəlikləri və onların uğurla müalicə edilməsi ilə əlaqədar olan məsələlərdə ən mühüm rolu diaqnostikanın dəqiqliyi və onun vaxtında həyata keçirilməsi oynayır. Diaqnostikanın qoyulması və savadlı müalicənin təyin edilməsinə radioloji müayinə  kömək edir.

Bu diaqnostik proseduradan sonra kimya terapiyası həkimi, radioloq və cərrahın da daxil olduğu həkimlər qruppu zəruri proseduraların təyin edilməsi və xəstəliyin aradan qaldırılması üsullarının müəyyən edilməsi ilə məşğul olur. Hər bir konkret halda bütün bu proseduralar və üsullar da fərdi olacaqdır.

Bu məsələdə çox mühümdür ki, xəstəlik tarixçəsindən olan bütün bilikləri və məlumatlar razılaşdırılsın ki, müalicə üçün daha məqsədəuyğun və məhsuldar yanaşma seçilsin. Əlbəttə ki, zəruri avadanlıqların mövcud olması və həkimlərin böyük təcrübəsi sağalma imkanlarını ancaq artıra bilər.

Müasir onkologiya diaqnostikası texnologiyaları arasında əməkdaşlıq elədiyimiz klinikalrında PET CT, rəqəmsal tomosintezli mammoqrafiya, intraəməliyyat MRT 3 Tesla, ani fleş KT (Flash CT) istifadə edilir.

Müalicənin müasir texnologiyaları

Tibb sahəsindəki son nailiyyətlər müxtəlif miqyaslar və siniflərdən olan şişlərin aradan götürülməsi üçün ağrısız və təhlükəsiz əməliyyatları həyata keçirməyə imkan verir.

Bu gün təklif etdiyimiz məkanlarda aşağıda göstərilən texnologiyalardan istifadə edilir:

TrueBeam, Qamma bıçaq (gamma knife perfection), Kiber bıçaq (cyber knife), da Vinçi robotu (da Vinci), LIAС (intraəməliyyat şüa terapiyası), Trilogiya (Trilogy), Rapidark (Rapidark).

Daha geniş yayılmış  və əməkdaşlıq etdiyimiz klinikalarda müalicəsi aparılan  xərçəng növləri:

  • ağız boşluğu şişləri
  • ağciyər xərçəngi
  • baş beyin şişləri
  • dəri xərçəngi
  • qırtlaq şişləri
  • qaraciyər xərçəngi
  • düz və qalın bağırsaq xərçəngi
  • limfoma
  • süd vəzi xərçəngi
  • sidik kisəsi xərçəngi
  • mədə xərçəngi
  • uşaq onkologiyası və gematologiya
  • prostat xərçəngi
  • uşaqlı yolu xərçəngi (endometriya xərçəngi)
  • uşaqlıq boynu xərçəngi
  • qalxanabənzər vəzin xərçəngi

yumurtalıqların xərçəngi

No Comments

Sorry, the comment form is closed at this time.