a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Köklük Cərrahiyyəsi

KÖKLÜK CƏRRAHİYYƏSİ

Əməkdaşlıq elədiyimiz mərkəzlər ən yaxşı təchizatlı mərkəzlər sırasında birinci plana çıxır. Mərkəzdə xəstələrə çoxprofilli yanaşma təklif edilir ki, onun məqsədi müalicə üçün daha uyğun olan variantların seçilməsidir.

Bu mərkəzlərə müraciət etmiş bütün xəstələrə, ilk növbədə endokrinoloq, dietoloq, psixiatr, fizioterapevt məsləhətləri verilir. Vəziyyətdən asılı olaraq kardioloq və pulmonoloqun əlavə məsləhətləri/baxışı da mümkündür. İstisna edilmir ki, xəstələr piylənmə cərrahiyyəsi mütəxəssisləri tərəfindən də baxışdan keçiriləcəkdir.

Praktiki olaraq xəstələrin hər birində piylənmə probleminin əsasında duran qidalanma vərdişləri, psixoloji problemlər, sağlamlığın ümumi vəziyyəti kimi  amillər aşkar edilir. Xəstənin çoxsaylı və hərtərəfli müayinələri ona daha çox uyğun gələn müalicə seçimini təmin edir.

İstifadə edilən müalicə metodları:

  • Pəhriz qidalanması (dietologiya)
  • Müalicəvi bədən tərbiyəsi
  • Xəstəninin münasibətinin/ davranışının modifikasiya edilməsi
  • Medikamentoz terapiya
  • Cərrahi müdaxilə
  • Mədənin həcminin azaldılması;
  •  “malabsorbsiya”, yəni, qida həzminin müəyyən mərhələlərə bölünməsinin qarşısının alınması.

 

Piylənmədən əziyyət çəkən xəstələrin kilo vermələrinə kömək olmaq məqsədi ilə qida qəbulunun və ya qəbul ounmuş qidaların sorulmasının  yaxudda hər ikisinin birdən azaldılması məqsədi ilə mədə-bağırsaq sisteminə  cərrahi müdaxilə olunmasına “bariatrik cərrahiyyə” və ya “artıq çəki cərrahiyyəsi” deyilir.

Əməkdaşlıq elədiyimiz mərkəzlərdə piylənmənin cərrahi müalicəsində mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əməliyyatı (Sleeve Gastrectomy) daha çox icra olunur.

Bariatrik cərrahi əməliyyatlar laparoskopik təcrübə tələb edən vacib əməliyyatlardır. Əməliyyatdan sonrakı dövrdə xəstənin təqibi, nəzarəti və qidalanması çox önəmlidir. Həmçinin bu əməliyyatlardan sonra idmanla məşğul olmaq və həyat tərzini dəyişərək, yeni bir həyata başlamaq üçün qazanılmış şansı dəyərləndirmək məsləhət görülür.

Qısacası piylənmə – artıq cərrahi olaraq müalicə edilə bilən bir xəstəlikdir.

 

No Comments

Sorry, the comment form is closed at this time.