a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Ortopediya,travmatologiya

Ortopediya və Travmatologiya dayaq hərəkət sistemi xəstəliklərinin profilaktikası,
diaqnostikası, konservativ və cərrahi müalicə üsullarını öyrənən tibbin ən müasir
sahələrindən biridir. Müalicə üsullarında texnoloji yeniliklərin tətbiq olunduğu
ortopediya və travmatologiya hər keçən gün daha da inkişaf edir.

– Türkiyədə xidmətlərimiz:

Artroksopik Əməliyyatlar: Çiyin, Dirsək, Əl Bilək, Diz, Aşıq-Baldır Oynaqlarında qapalı-endoskopik
əməliyyatlar (Çiyin ağrıları,Çiynin təkrari çıxıqları,Çiyində əzələ-vətər yırtıqları, Dizdə Menisklərin
yırtığı və Qığırdağın xəstəlikləri ,Ön çarpaz bağ/Arxa çarpaz bağ qopmalarının artroskopik
təmiri,Aşıq-baldır oynağında qığırdaq yaralanmaları,sıxışma sindromunun endoskopik müalicəsi,
Ön və Arxa aşıq-baldır oynağı artroskopiyası, Əl biləyinin xroniki və kəskin ağrılarının diaqnostik
və müalicəvi artroskopiyası və s.)
– Oynaqların Endoprotezləşdirilməsi: Bud-çanaq, Diz,Aşıq-baldır, Çiyin, Dirsək Oynaqlarında
Birincili və Revizion cərrahiyyəsi (Osteoartroz,posttravmatik artrozlarda,yetişkinlərdə bud-çanaq
oynağı çıxığı səbəbilə yarnmış artrozlarda endoprotez əməliyyatı, Protez İnfeksiyalarının Cərrahi
müalicəsi)
– Ortopedik Onkologiya və İnfektif cərrahi xəstəlikləri: Ətrafların Sümük və Yumuşaq toxumalarının
Xoş xassəli və Bəd xassəli şişlərinin (Osteosarkoma, Xondrosarkoma,Ewing sarcoma, Lipoma,
Liposarkoma,Anevrizmal və Bəsit sümük kisti,Fibroz displaziya,Osteoid
osteoma,Ekzostoz,Enxondroma və s.) Cərrahi müalicəsi, Tumor Rezeksion Protezlərlə, Damarlı
Sümük Qreftləri ilə Ətraf Qoruyucu (Limb Salvage) Cərrahiyyənin aparılması, Metastatik sümük
və yumuşaq toxuma şişlərinin cərrahi müalicəsi(endoprotez,intramedullar nail və s. ilə
fiksasiya,eksiziya),Septik artrit, Osteomielitlərin cərrahi müalicəsi və s.
– Əl Cərrahiyyəsi: Vətər, Damar, Sinir kəsikləri, Vətər transverləri, Dərin və Səthi əl yaralanmaları,
Replantasiyalar(qopmuş barmaq,əl qol,ayağın mikrocərrahi metodlarla bərpası), Əlin
Anadangəlmə anomaliyaları, Karpal sümüklərin və falanksların travması
(sınıq,çıxıq,deformasiya ),Qanqlion kistinin cərrahi çıxarılması, Karpal/Kubital Tunel
sindromu,Tətik barmaq, Baş barmağın və barmaqların cərrahi digər xəstəlikləri,Uşaqlarda Bazu
kələfinin iflicinin cərrahi müalicəsi və s.
– Ətraflarda Mikrocərrahi Əməliyyatlar (Damar və Sinirlərdə mikroskopik təmir əməliyyatları,
sərbəst və rotasional flap’lər)
– Travmalar, Deformasiya Cərrahiyyəsi: İzolə və Müştərək Travmalar, Sınıqların(Körpücük,bazu,
mil,dirsək,çanaq,bud,qamış, ayaq sümüklərinin) Açıq və Qapalı Fiksasiyası, Çıxıqların
(Bazu,Dirsək,Bud-çanaq,Diz ,Aşıq-baldır oynaqlarının çıxığı ) Cərrahi və Konservativ müalicəsi,
Sümük sınıqları sonrasında qaynamama(psevdoartrozlar) və deformasiyaların cərrahi müalicəsi,
Ətraflarda Qısalıqların və Əyriliklərin cərrahi müalicəsi və s.
– Ayağın Cərrahi Xəstəlikləri: Halluks valgus, Halluks rigidus,Dərzi bunyonu, Freiberg xəstəliyi,
Morton Neyroması,Pes Planus(yastıayqlılıq), Pes Cavus, Çəkic barmaq,Ayağın digər
deformasiyaları və s.
– Pediatrik Ortopediya: Bud-Çanaq Oynağının Anadangəlmə çıxığı, PEV(Əyripəncəlilik),
Əyriboyunluq, Pertes xəstəliyi,Pediatrik travmalar və s.

No Comments

Sorry, the comment form is closed at this time.