a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Süni mayalanma

Türkiyə-süni mayalanma mövzusunda,Avropa və Amerikadan cox daha yüksək müvəffəqiyyət və xidmət göstərməkdədir! Övlad sahibi ola bilmək üçün uğurlu bir həkim vəə düzgün müalicə vacibdir!
Öz işində uğurlu uzman həkim Dr.Melih Aygün ilə övlad sahibi ol.


Süni mayalanmanı qısaca qadın və kişiyə aid reproduktiv hüceyrələrin bədəndən xaricdə döllənməsi olaraq xülasə edə bilərik. Ana olmağa hazırlaşan qadınların yumurtalıqlarından alınan yumurta hüceyrələr ilə ata olmağa hazırlaşan kişilərin spermatazoidlərinin laboratoriyada birləşdirilərək döllənməsi və əldə edilən embrionların təkrar ana bətninə yerləşdirilməsi əməliyyatıdır. Müalicənin ilk mərhələsində yumurta hüceyrələr inkişaf etdirilir və uyğun zamanda alınır, daha sonra laboratoriyada spermatazoidlər birləşdirilərək inkişaf edən embrionlar ana bətninə yerləşdirilir.

Embrionlar bətn daxilinə uşaqlıq boynundan incə kateter ilə yerləşdirilir. Bu əməliyyatların nəticəsində qadınların təxminən 50%-də hamiləlik olur. Lakin belə hamiləliklərin bir qismi düşmə ilə nəticələnir. Müalicə tətbiq edilən cütlüklərin 40%-i övlad sahibi ola bilirlər. Bu nisbət bir çox tətbiqlərdə 70-80%-ə qədər yüksələ bilir. Yerdə qalan 20-30%-lik qrup müasir tibbin bütün imkanlarına baxmayaraq övlad sahibi ola bilmir.

Süni mayalanmada müxtəlif dərmanlarla (Gonal-F, Puregon, Menogon) qadının yumurtalıqları oyadılır. Yumurtalıqların qıcıqlandırılmasının məqsədi çox sayda embrion əmələ gətirən yumurta hüceyrə əldə etməkdir. Çox sayda embrionun bətn daxilinə yerləşdirilməsinin (embrion transferi) hamilə qalmaq şansını artırdığı müşahidə edilir. (Hamiləlik nisbətləri bir embrion yerləşdirildiyində təxminən 10%, üç embrion yerləşdirildiyində isə 40-50% ətrafındadır.)

Süni mayalanma əvvəllər infeksiya və ya cərrahi əməliyyat nəticəsində uşaqlıq yollarında qalıcı qüsur əmələ gələn qadınlara tətbiq edilməyə başlanmış, qısa müddət sonra isə sonsuzluğa gətirib çıxaran səbəblərin müalicəsində də istifadə edilmişdir. Bu gün endometrioz, səbəbi izah olunmayan sonsuzluq faktları və kişi ilə əlaqəli sonsuzluqda süni mayalanma üsulları ilə müvəffəqiyyətli nəticələr əldə edilir.

No Comments

Sorry, the comment form is closed at this time.