a

Get health again with MediGlobal...

0850 259 1 633

info@mediglobal.com.tr
Merkez Mah, Kocaosman Sok. Prestige Residence C Blok. Tosmur / Alanya / Turkey

Recent Posts

Follow Us On Instagram


+994 55 907 86 37

Book A Visit

Türkiyədə perinatal xidmətlər

Peritanal dövr doğumdan əvvəl və doğuşdan dərhal sonraki dövrü əhatə edir. Perinatal dövr müxtəlif yollarla müəyyən edilir. Tərifdən asılı olaraq,hamiləliyin  20-ci həftəsindən 28-ci həftəsinə qədər olan dövrdə  başlayır və doğumdan 1- 4 həftə sonra bitir.

Perinatal psixologiya tibbin, psixologiyanın, psixoterapiyanın və pedaqogikanın qarşılıqlı əlaqəsi nəticəsində yaranan yeni elmi istiqamətdir. Perinatal psixologiya Ailə sistemində dünyaya gələcək uşağın psixi sağlamlığının keyfiyyətini, ananın azadolma prosesinə təsir edə biləcək dərin psixoloji əlaqələri öyrənir və doğuş prosesinin uğurla başa çatmasını təmin edir.

1971-ci ildə Avstriyanın Vyana şəhərində Ziqmund Freydin tələbəsi D.Qraben tərəfindən Prenatal və Perinatal psixologiya Cəmiyyəti yaradılmışdır. 1983-cü ildə Torontoda Perinatal tərbiyə mövzusunda Birinci Amerika Konqresi keçirilmişdir. Son dövrlərdə bütün dünyada bu mövzu ilə məşğul olan tədqiqatçıların fəallığı artıb. Buna misal olaraq 1996-cı ildə Perinatalogiya mövzusunda keçirilən 3 Beynəlxalq Konfransı qeyd etmək istərdim: Yanvar ayında Monakoda, may ayında Strasburqda, iyul ayında isə Tanper şəhərində.

Rusiyada Perinatal Psixologiya praktik psixologiyanın bir istiqaməti kimi mamalıq təcrübəsində 1994-cü ildən inkişaf  etməyə başlamışdır.

1997-ci ildə Rusiyanın Sankt Peterburq şəhərində bu mövzuda ilk namizədlik, 2002-ci ildə isə Natalya Petrovna Kovalenko tərəfindən “Hamiləlik dövründə və doğuş zamanı psixo-profilaktika və psixo-korreksiya” mövzusunda ilk doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Müasir dövrün aktual problemlərindən biri gələcək nəslin psixi və fiziki sağlamlığıdır. Doğuş prosesi zamanı ağırlaşmalar, anadangəlmə patalogiya, cərahiyyə yolu ilə doğulan uşaqlar, həyatın ilk illərində qazanılan xroniki xəstəliklər, uşaq ölümləri, hamiləliyin pozulması, arzu olunmayan cinsi problemlər mövcuddur.

Doğuş prosesi  orqanizmin normal və təbii funksiyası olmaqla yanaşı qadın psixikası  üçün ağır bir sınaqdır. Psixoloji cəhətdən doğuşa hazır olmayan qadın doğuşa mənfi emosiyalarla, anlaşılmazlıq və acizlik hissi ilə gedir. Bu fonda doğuşun əvvəlində baş verən reaksiyalar ağrının və qorxunun güclənməsinə səbəb olur.

Doğuşdan əvvəl aparılmış müvafiq psixo-profilaktika tədbirləri vasitəsilə yaranan mənfi faktorları aradan qaldırmaq və ya azaltmaq mümkündür.

Ananın özünün ana bətnində olarkən valideynləri tərəfindən ötürülən genlər, doğuş zamanı baş verən təhlükə və ağırlaşmalar, çağalıq, uşaqlıq, gənclik dövründə əldə etdiyi sosial və bioloji təcrübəsi böyüdükcə onun psixi və fiziki sağlamlığı üçün baza formalaşdırır.

Həyat tərzi, ətraf mühit, sosial və iqtisadi status ananın emosional sferasına təsir edərək uşağa da ötürülür. Hamiləlik ana orqanizmində fizioloji dəyişikliklərlə yanaşı onun psixikasına da təsir edir, qadının ailədə münasibətlərinin xarakterini də dəyişir. Bu zaman onu əhatə edən insanların diqqəti, qayğısı daha böyük əhəmiyyət kəsb edir.

Hamilə qadının ətrafdakılar tərəfindən dəsətəklənməsi, hamiləlik və doğuş prosesinin sağ-salamat keçməsi ilə gələcəkdə uşağın daha yaxşı psixi inkişafı arasında olan asılılıq danılmazdır. Elm təsdiq edir ki, əgər gələcək uşaq valideynlər tərəfindən arzu olunmazdırsa və ana hamiləlik zamanı əsəbi gərginlik keçirərsə, bu zaman onun neqativliyini döl hiss edir. Beləliklə, arzu olunmaz uşağın psixikası artıq ana bətnində travma alır. Hamilə qadın təkrar stresslrə məruz qaldıqda onun qanının tərkibində steroit hormonlarının miqdarı artaraq dölün formalaşmaqda olan beyninə təsir edir. Dünyaya gəlməmiş uşaqla ana arasında yaranan emosional əlaqələrin xarakteri və həcmi dölün psixikasına təsir edən həlledici faktordur. Müşahidəlrə əsaslanaraq təsdiq etmək olar ki, arzuolunmaz uşağın psixi və fiziki inkişafı ilə arzuolunan uşağın psixi və fiziki inkişafı arasında böyük fərq var. Arzu olunan hamiləlik zamanı ana onu qorumağa çalışır, ziyanlı təsirlərdən qaçır, onu sevinclə gözləyir.

 

No Comments

Sorry, the comment form is closed at this time.